Ağcabədidə yol qəzası olub, baba və nəvə ölüb

Ağcabədidə yol qəzası olub, baba və nəvə ölüb Ağcabədidə iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Fevral , 2022 13:53
Ağcabədidə yol qəzası olub, baba və nəvə ölüb

Ağcabədidə iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Aran-Bəhramtəpə magistral yolunda qeydə alınıb.

Magistralın rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni hərəkət istiqamətində olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan baba və nəvə aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlar, Ağcabədi rayon Təzəkənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.

Faktla bağlı araşdırma başlanıb.

Son xəbərlər

Orphus sistemi