TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb - YENİLƏNİB

TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb - YENİLƏNİB Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.
Hadisə
9 Avqust , 2022 15:21
TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb - YENİLƏNİB

"Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib". 

Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir: "Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır".

14.54

Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi