Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Əmrarx kəndindən keçən hissəsində qeydə alınıb. "Jeep" markalı minik avtomobili yolu keçən piyada, Əmrarx kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Uğur Laçın oğlunu vurub. U.Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.