Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.