Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub - YENİLƏNİB

Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub - YENİLƏNİB Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.
Hadisə
16 Dekabr , 2023 21:22
Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub - YENİLƏNİB

Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub.

Bu barədə “Report”a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, qatarın yolda qalmasına səbəb ərazidə elektrik enerjisi təchizatında problem olmasıdır. Hadisə ilə əlaqədar olaraq ADY əməkdaşları sərnişinlərə tələbatlarına uyğun olaraq isti və soyuq içkilər, şirniyyat və müxtəlif qidalar paylayıb.

20:50

Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa-Bakı sürət qatarı Goran stansiyasında yaranmış nasazlıq səbəbindən yolda qalıb.

Qatar artıq saat yarımdır yubanır.

Son xəbərlər

Orphus sistemi