Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağstafa şəhərində qeydə alınıb.
Avtomobil yolu qarşı tərəfə keçən piyada, 1936-cı il təvəllüdlü Mahmudov Cahangir İsrafil oğlunu vurub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.