Ağstafada avtomobil qəzası olub, 6 nəfər xəsarət alıb 

Ağstafada avtomobil qəzası olub, 6 nəfər xəsarət alıb  Ağstafa rayonunun Aşağı Göycəli kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Hadisə
11 Avqust , 2023 18:29
Ağstafada avtomobil qəzası olub, 6 nəfər xəsarət alıb 

Ağstafa rayonunun Aşağı Göycəli kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə,“Toyota Camry” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü Ş.Məmmədova, 2016-cı il təvəllüdlü T.Məmmədov, 2013-cü il təvəllüdlü C.Məmmədov, 1984-cü il təvəllüdlü C.Məmmədov və 1982-ci il təvəllüdlü V.Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza yerinə gələn təcili tibbi yardım maşını yaralıları xəstəxanaya apararkən “Opel” markalı avtomobillə toqquşub. Hadisə yerinə digər təcili tibbi yardım avtomobili gəlib və xəstələr ona təxliyə edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi