Ağstafada gənc oğlanı ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şübhəli şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qətli törətməkdə şübhəli bilinən şəxs, mərhumun dayısı oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Əli Mübariz oğludur.
İlkin ehtimallara görə, hadisə tərəflər arasında söyüş üstə düşən dava zamanı baş verib.
Hadisə zamanı onları aralanmaq istəyən digər qohumları, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kərəntər oğlu da əlindən bıçaq xəsarəti alıb.
Ağstafada törədilən qətlin bəzi təfərrüatları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qətl hadisəsi zamanı daha bir nəfər də bıçaq xəsarəti alıb. O, mübahisə edən tərəfləri aralamaq istəyən zaman əlindən bıçaq xəsarəti alıb və xəstəxanaya aparılıb. Xəsarət alan şəxsin mərhumun tanışı olduğu bildirilir.
Qətli törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları tərəfindən onun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Ağstafada qətlə yetirilən gəncin şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, o, 2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğludur.
Hadisə gəncin yaşadığı evin önündə qeydə alınıb. Çingiz Vəlizadə ürək nahiyəsindən bıçaq zərbəsi alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ağstafa rayonunda qətl hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Məlumata görə, gənc oğlan bıçaqlanaraq qətli yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.