Ağstafada yas mərasimi keçirmək istəyənlər saxlanılıb 

Ağstafada yas mərasimi keçirmək istəyənlər saxlanılıb  Mərasimi təşkil edənlər barəsində protokol tərtib edilərək cərimə olunublar
Hadisə
24 Aprel , 2021 10:55
Ağstafada yas mərasimi keçirmək istəyənlər saxlanılıb 

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları rayonun Poylu kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bundan başqa, RPŞ-nin Köçvəlli Polis Bölməsinin əməkdaşları inzibati ərazidə karantin qaydalarına zidd olaraq 20-yə yaxın vətəndaşın iftar mərasimi təşkil edilməsini də aşkarlayıb. Polis əməkdaşları tərəfindən həmin vətəndaşlar ilə profilaktiki söhbətlər aparılıb, onlara pandemiya qaydaları bir daha xatırladılıb.

Son xəbərlər

Orphus sistemi