Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb

Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb Ağsu dolaylarında asfalt çöküb, yolun hər iki istiqamətində yol bağlanıb.
Hadisə
19 May , 2024 16:10
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb

Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, son günlər yağan güclü leysandan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun torpaq hissəsi ilə növbəli hərəkət edirlər.

Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.

Son xəbərlər

Orphus sistemi