Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var

Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Fevral , 2022 05:43
Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var

Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Mirzəyev Təşkilat Qiyas oğlu və 1983-cü il təvəllüdlü Əbilov Səfər Əliqardaş oğlu xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı T.Mirzəyevə sağ baldır sümüklərinin yerdəyişən sınığı və S.Əbilova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi