Ağsuda yol qəzası rayonun 4 saat işıqsız qalmasına səbəb olub

Ağsuda yol qəzası rayonun 4 saat işıqsız qalmasına səbəb olub Ağsuda avtomobilin işıq dirəyiniə çırpılması nəticəsində şəhər ərazisi 4 saat işıqsız qalıb.
Hadisə
31 Yanvar , 2022 10:09
Ağsuda yol qəzası rayonun 4 saat işıqsız qalmasına səbəb olub
0 : 00
0 : 00

Ağsuda avtomobilin işıq dirəyiniə çırpılması nəticəsində şəhər ərazisi 4 saat işıqsız qalıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki,”Ford” markalı mikroavtobusun sürücüsü, rayonun Ərəbuşağı kənd sakini, Elvin Hüseyn oğlu Muradov adıçəkilən küçədə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə işıq dirəyi aşıb və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb. Elektrik şəbəkəsinin işçiləri hadisə yerinə cəlb olunub və həmin əraziyə işığın verilişi qismən bərpa olunub. Hazırda işlərin tam başa çatması istiqamətində Ağsu rayon elektrik şəbəkəsinin əməkdaşları işlərini davam etdirirlər.

Faktlan bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi