Ali Məhkəmənin Mülki Kollegiyasında xarici məhkəmələrin qətnamələri ilə bağlı 105 işə baxılıb

Ali Məhkəmənin Mülki Kollegiyasında xarici məhkəmələrin qətnamələri ilə bağlı 105 işə baxılıb 7 iş üzrə rədd edilib, 2 iş üzrə isə geri qaytarılıb
Hadisə
26 Fevral , 2021 15:58
Ali Məhkəmənin Mülki Kollegiyasında xarici məhkəmələrin qətnamələri ilə bağlı 105 işə baxılıb

2020-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyanın icraatında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması ilə bağlı 142 iş olub.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

2020-ci ildə baxılmış 105 işdən 96 iş üzrə xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması barədə müraciətlər təmin edili, 7 iş üzrə rədd edilib, 2 iş üzrə isə geri qaytarılıb.

2019-2020-ci illər üzrə müqayisədə görünür ki, təmin edilmiş müraciətlər üzrə işlərin sayı 65 iş (40.4 %) azalıb, rədd edilmişlər üzrə işlərin sayı 3 iş (75 %) artmış, geri qaytarılan işlərin sayı isə 2 iş (50 %) azalıb.

Son xəbərlər

Orphus sistemi