"Amnistiya Aktının tətbiqi nəticəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan şəxslərdən 1 542 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilən elektron qolbaqlar dərhal çıxarılıb".
Bunu "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.
O bildirib ki, 1 075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb.