Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.
Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayına düşüb.
O, aldığı xəsarətlərdən ölüb. Gəncin meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.