Astarada aramsız yağışlar fəsadlar törədib: kənd yolu dağılıb, bəzi evlər təhlükə altına düşüb

Astarada aramsız yağışlar fəsadlar törədib: kənd yolu dağılıb, bəzi evlər təhlükə altına düşüb Astara rayonunda yağan aramsız yağışlar bir sıra fəsadlar törədib.
Hadisə
15 May , 2023 15:41
Astarada aramsız yağışlar fəsadlar törədib: kənd yolu dağılıb, bəzi evlər təhlükə altına düşüb

Astara rayonunda yağan aramsız yağışlar bir sıra fəsadlar törədib.

“Report”un Cənub bürosunun məlumatına görə, leysan yağışları nəticəsində Səncərədi kəndi ərazisindəki körpü qəzalı vəziyyətə düşüb.

Pensərçayın daşması nəticəsində sel suları əkin sahələrinə dolub. Eləcə də meyvə bağlarına ciddi ziyan dəyib.

Bununla yanaşı kənd yolunun bir hissəsi sel suları səbəbindən dağılıb. Təxminən, 10 ev üçün təhlükə yaranıb.

Ümumilikdə, cənub bölgəsində yağan intensiv yağışlar çaylarda səviyyəni artırıb.

Rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi