Astarada çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb

Astarada çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb Astarada karantin rejiminin tələblərini pozan çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb.
Hadisə
2 Yanvar , 2021 15:21
Astarada çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Kolatan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, obyektə baxış keçirilən zaman orada həmçinin mərc oyununun təşkil olunduğu da müəyyən edilib.

Həmin obyektin sahibi A.Bayramov və 9 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi