Astarada ödəmə terminallarından oğurluq edilib

Astarada ödəmə terminallarından oğurluq edilib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
29 Mart , 2021 10:10
Astarada ödəmə terminallarından oğurluq edilib

Astarada ödəmə terminallarından oğurluq edilib.

“Report”un Cənub Mərkəzinin əldə etdiyi məlumata görə, hadisə martın 28-i gecə saatlarında baş verib.

Belə ki, Vaqo kənd sakini Mayis Nəsrulla oğlu Caniyevə məxsus “Əli” marketdə quraşdırılan “Milli Ön” və “Kapital Bank” ödəmə terminallarından oğurluq olub. Terminalların kassa hissəsi sökülərək içərisində olan pullar qarət olunub. Terminal aparatlarının özləri isə anbarda aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi