Avtomobil yollarında qanunsuz nişanlamaya görə məsuliyyət müəyyən edilir

Avtomobil yollarında qanunsuz nişanlamaya görə məsuliyyət müəyyən edilir Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 350.2-ci maddəsinə dəyişiklik edilir
Hadisə
22 Yanvar , 2021 12:26
Avtomobil yollarında qanunsuz nişanlamaya görə məsuliyyət müəyyən edilir

Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan tətbiq olunmasına görə məsuliyyət müəyyən edilir.

“Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 350.2-ci maddəsinə dəyişiklik edilir.

Bu inzibati xətaya görə, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər

Orphus sistemi