"Azad edilmiş ərazilərdə daha çox ənənəvi minalara rast gəlinir".
Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə müdiri Süleyman Heydərov deyib.
O bildirib ki, axtarış zamanı həm piyada, həm də tank əleyhinə minalara rast gəlinir:
"Məlum olur ki, düşmənin hazırladığı minalar ənənəvi, yəni postsovet məkanında istifadə olunan minalardır. Amma ermənilər daha çox kəmiyyətə üstün veriblər. Yəni partlayıcı maddənin çəkisini az etməklə, minaların sayını çoxaltmağa çalışıblar. Bu isə daha çox itki üçün hesablanmış məkrli plan idi".