Azad olunan ərazilərdə daha 30 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 30 mina aşkarlanıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Hadisə
11 Oktyabr , 2021 14:18
Azad olunan ərazilərdə daha 30 mina aşkarlanıb
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 28, tank əleyhinə 2 mina və 35 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 18.9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi