Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının yaranma səbəbi məlum olub

Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının yaranma səbəbi məlum olub Azərbaycan-Türkiyə dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbi açıqlanıb.
Hadisə
25 Noyabr , 2024 15:52
Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının yaranma səbəbi məlum olub

Azərbaycan-Türkiyə dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbi açıqlanıb.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Daxil olan məlumata əsasən, DGK bildirir ki, qeyd olunan sıxlığın səbəbi Türkiyənin “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiq edilməsidir.

Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi