Azərbaycanda 244 borclu barəsində cinayət işi açılıb, 1245 nəfərin üzərindən məhdudiyyətlər götürülüb

Azərbaycanda 244 borclu barəsində cinayət işi açılıb, 1245 nəfərin üzərindən məhdudiyyətlər götürülüb İcradan yayınma hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər həyata keçirilib.
Hadisə
2 Avqust , 2021 19:09
Azərbaycanda 244 borclu barəsində cinayət işi açılıb, 1245 nəfərin üzərindən məhdudiyyətlər götürülüb
0 : 00
0 : 00

İcradan yayınma hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi - baş icra məmuru İlqar Cəfərov məruzəsində məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ildə belə hallara yol verən 2800 şəxs inzibati məsuliyyətə cəlb olunub, 244 borclu barəsində cinayət işi başlanılıb. İcradan qərəzli yayınan 1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1245 nəfərin üzərindən isə əvvəllər qoyulmuş belə məhdudiyyətlər götürülüb.

Son xəbərlər

Orphus sistemi