Ötən il Azərbaycanda 3 torpaq sürüşməsi və 1 uçqun hadisəsi baş verib.
"Report"un xəbərinə görə, bu, Fövqəladə Hallar Nazirliyinin (FHN) illik hesabatında əksini tapıb.
Torpaq sürüşmələri nəticəsində insan tələfatı və xəsarət alan olmayıb.
Uçqun hadisəsi nəticəsində isə 1 insan təlafatı qeydə alınıb, 1 nəfər isə xilas edilib.