Azərbaycanda dərman şirkəti barədə inzibati protokol tərtib edilib

Azərbaycanda dərman şirkəti barədə inzibati protokol tərtib edilib 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulub
Hadisə
3 Mart , 2021 16:37
Azərbaycanda dərman şirkəti barədə inzibati protokol tərtib edilib

“Esam LTD” dərman şirkətinə statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimə protokolu yazılıb.

“Report”un əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib edilən protokola Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Qeyd edək ki, 2012-ci ildə təsis edilən “Esam LTD” dərman preparatlarının Azərbaycana idxalı və marketinqi ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi