Azərbaycandan Gürcüstana 16,5 milyon rublun qanunsuz keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Gürcüstana 16,5 milyon rublun qanunsuz keçirilməsinin qarşısı alınıb Yerli qanunvericiliyə müvafiq olaraq pullar müsadirə edilib
Hadisə
8 May , 2021 13:04
Azərbaycandan Gürcüstana 16,5 milyon rublun qanunsuz keçirilməsinin qarşısı alınıb

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük-keçid məntəqəsində ölkəyə külli miqdarda bəyan edilməmiş xarici valyutanın keçirilməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Gömrükçülər Azərbaycandan daxil olan Gürcüstan vətəndaşına məxsus yük maşınının xüsusi quraşdırılmış gizli saxlanc yerində 16 500 000 rus rublu (760 996,5 lari) aşkarlayıblar.

Yerli qanunvericiliyə müvafiq olaraq pullar müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi