Gürcüstanın “Qırmızı körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan daxil olan yük maşını saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Məlumata əsasən, şübhələr əsasında gömrükçülər Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ətraflı baxış keçiriblər və bəyan edilməmiş müxtəlif adda mallar aşkarlayıblar.
Gömrük nəzarətindən gizlədilən məhsulların ümumi dəyəri 11 085 lari (5 700 man) təşkil edib.
Yerli qanunvericiliyə əsasən, qanunsuz idxala görə sürücüyə qarşı malların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub.