Naxçıvan sakinini öldürməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb - YENİLƏNİB

Naxçıvan sakinini öldürməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb - YENİLƏNİB İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Hadisə
6 İyul , 2024 22:35
Naxçıvan sakinini öldürməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb - YENİLƏNİB

İyunun 29-da bir nəfər Naxçıvan şəhər Tumbul kənd sakininin kəsici-deşici alətlə vurularaq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla Naxçıvan şəhər Tumbul kənd sakini 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlunun şəxsi münasibətlər zəminində həmkəndlisi və qohumu 1993-cü il təvəllüdlü Abdullayev Rahib Əsgər oğluna kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürdükdən dərhal sonra Türkiyə Respublikasına qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Şəxsin tutulması istiqamətində Türkiyə Respublikasının hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq həyata keçirilib və Kərim Hüseynov bu gün Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanlarına təhvil verilib.

K.Hüseynov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

19:23

İyunun 28-də Naxçıvan şəhərinin Tumbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə “Report”a Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi