Bakı-Ələt yolunda yük avtomobili qəza törədib, ölən və xəsarət alan var

Bakı-Ələt yolunda yük avtomobili qəza törədib, ölən və xəsarət alan var Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Noyabr , 2020 22:48
Bakı-Ələt yolunda yük avtomobili qəza törədib, ölən və xəsarət alan var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi 01-AD-751 dövlət nömrə nişanlı "İsuzu" markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi