Ağstafada buzlu yolda 10-dan çox maşın toqquşub, Türkiyənin 2 vətəndaşı xəsarət alıb - YENİLƏNİB

Ağstafada buzlu yolda 10-dan çox maşın toqquşub, Türkiyənin 2 vətəndaşı xəsarət alıb - YENİLƏNİB Yanvarın 27-si axşam saatlarında Bakı – Qazax – Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonucl
Hadisə
28 Yanvar , 2024 01:12
Ağstafada buzlu yolda 10-dan çox maşın toqquşub, Türkiyənin 2 vətəndaşı xəsarət alıb - YENİLƏNİB

Bakı – Qazax – Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində Türkiyənin iki vətəndaşı – 1970-ci il təvəllüdlü Bekar Atəş Asan oğlu və 1990-cı il təvəllüdlü Ramazan Taş Abdulla oğlu xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində 3 TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.

00:52

Yanvarın 27-si axşam saatlarında Bakı – Qazax – Qırmızı körpü avtomagistralının Ağstafa rayon Qarahəsənli kəndindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonuclanan yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”un Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlayıb.

Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi