Bakı qeydiyyatında olmayan sərnişinləri bölgələrdən daşıyanlar saxlanıldı

Bakı qeydiyyatında olmayan sərnişinləri bölgələrdən daşıyanlar saxlanıldı Karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Anar Nəs
Hadisə
29 Dekabr , 2020 15:25
Bakı qeydiyyatında olmayan sərnişinləri bölgələrdən daşıyanlar saxlanıldı

Karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Anar Nəsibov və sərnişini Elşən Vahabov tutulublar.

Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Şamaxı yolundakı karantin postundan qeyri-qanuni yolla keçirərək paytaxta gətirdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Bakı-Ələt yolundakı karantin postundan qanunsuz olaraq paytaxt qeydiyyatında olmayan sərnişinləri keçirən daha 4 taksi sürücüsü saxlanılıb. Tədbir zamanı həmin sürücülər – Əhmədağa Fərəcov, Tofiq Həsənov, Rəşadət Hümbətov və Vasif İsmayılov tutularaq Polis İdarəsinə gətiriliblər.

Araşdırma zamanı onların müvafiq olaraq Cəlilabad, Tovuz, Ağdam rayonları və Mingəçevir şəhərindən Bakıda qeydiyyatda olmayan sərnişinlər gətirdikləri və bununla da xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Onlar haqqında toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına göndərilib.

"Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizam tədbirləri görüləcəkdir", - Mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi