Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri həbs edildi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri həbs edildi Baş Prokurorluğun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib
Hadisə
3 Aprel , 2021 11:10
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri həbs edildi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, R.Quliyevin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

Rasim Quliyev
Rasim Quliyev

Son xəbərlər

Orphus sistemi