Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb

Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb.
Hadisə
2 Dekabr , 2023 11:55
Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb

Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.

Son xəbərlər

Orphus sistemi