Bakıda 10 yaşlı uşaq yol qəzasında xəsarət aldı

Bakıda 10 yaşlı uşaq yol qəzasında xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Yanvar , 2021 22:03
Bakıda 10 yaşlı uşaq yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq daş hasara çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 2011-ci il təvəllüdlü Şirəliyeva Ayan Murad qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi