Bakıda 14 yaşlı əcnəbini soyan gənc hakim qarşısına çıxarılır

Bakıda 14 yaşlı əcnəbini soyan gənc hakim qarşısına çıxarılır ​​​​​​​Bakıda əcnəbi vətəndaşa quldurluq edən  təqsirləndirilən Tağıyev Vüsal Elçin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Sentyabr , 2020 21:11
Bakıda 14 yaşlı əcnəbini soyan gənc hakim qarşısına çıxarılır

Bakıda əcnəbi vətəndaşa quldurluq etməkdə təqsirləndirilən Tağıyev Vüsal Elçin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azər Paşayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında paytaxtın Xətai rayonu ərazisində baş verib.

Həmin ərazidə yaşayan Pakistan vətəndaşı, 2006-cı il təvəllüdlü Sadior Damnik Zafar Maqbool oğlu Xətai rayonu, R.Bağırov küçəsində yerləşən "Araz" marketin yaxınlığında olarkən tanımadığı şəxs ona yaxınlaşaraq əlindəki 400 manatlıq "Samsung" markalı mobil telefonunu alıb və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Tağıyev Vüsal Elçin oğlu müəyyən edilərək saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi