Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
1998-ci il təvəllüdlü İbişova Sevinc Zöhrab qızı yaşadığı evdə dəm qazından zəhərlənib. 23 yaşlı gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.