Bakıda 24 yaşlı gənci avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Tağıyev Emil Zaur oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.