Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Məzahir Rüstəmov küçəsində yolu keçən 25 yaşlı Gülməmmədova Yeganə Bayram qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı araşdırılır.