Bakıda intihar hadisəsi qeydə alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, avqusun 8-i gecə saatlarında Xətai rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.