Bakının Xətai rayonunda 32 yaşlı qadının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, 1992-ci il təvəllüdlü Qarayeva İlhamə Elşən qızı yolu keçərkən motosiklet onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.