Bakıda intihara cəhd baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü C.Tağıyeva özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarnının ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Yaralı əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.