Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Müşfiqabad qəsəbəsində 1978-ci il təvəllüdlü Hacatov Mehdi Hüseynalı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası və sol budun kəsilmiş yaraları diaqnozu qoyulub.