Suraxanı rayonunda 44 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib

Suraxanı rayonunda 44 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib Bakıda iki nəfər arasında mübahisə xəsarətlə nəticələnib
Hadisə
10 Aprel , 2021 00:25
Suraxanı rayonunda 44 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib

Bakıda iki nəfər arasında mübahisə xəsarətlə nəticələnib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Suraxanı parkında mübahisə zəminində 1977-ci il təvəllüdlü Nuşirəvanlı Nuşirəvan Arif oğluna tanıdığı şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona təpə nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi