Bakıda 58 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda 58 yaşlı qadın yol qəzasında xəsarət alıb Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Avqust , 2021 08:39
Bakıda 58 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Aeroport yolunun Suraxanıya aid hissəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1963-cü il təvəllüdlü Həsənova Qəndab Əli qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi