Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Kərimova Fəridə Mamed qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona oturaq sümüklərinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.