Bakıda 7 mənzildən 236 min manatlıq oğurluq edən şəxsə hökm oxunub

Bakıda 7 mənzildən 236 min manatlıq oğurluq edən şəxsə hökm oxunub Bakıda evlərdən 7 mənzildən 236 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Sadiq Həsənova hökm oxunub və 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
14 Fevral , 2022 11:53
Bakıda 7 mənzildən 236 min manatlıq oğurluq edən şəxsə hökm oxunub
Sadiq Həsənov

Bakıda evlərdən 7 mənzildən 236 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Sadiq Həsənova hökm oxunub və 5 il müddətinə azadlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yaşayan Bakı şəhər sakini olan bir nəfər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək evindən içərisində 25 000 manat, 1 200 dollar və dəqiq dəyərini bilmədiyi qızıl-zinət əşyalar olan seyfin oğurlandığını bildirib.

Araşdırma zamanı məlum olub ki, 1-ci mərtəbədə yerləşən mənzilə naməlum şəxs dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub. Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha 6 mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi qənaəti yaradıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisələr Sabunçu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sadiq Həsənov tərəfindən törədilib. 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan S.Həsənov etdiyi cinayətləri etiraf edib.

Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38 800 manat, 1 200 dollar və 177 000 manat (ümumilikdə 236 min manat) dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər. Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.

S.Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi