Bakıda ana və 3 azyaşlı övladı dəm qazından zəhərlənib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində 1984-cü il təvəllüdlü Nuriyeva Aygün Məlik qızı və onun azyaşlı övladları - 2010-cu il təvəllüdlü Mənsimli Aysu Yunis qızı, 2012-ci il təvəllüdlü Mənsimli Zəhra Yunis qızı və 2016-cı il təvəllüdlü Mənsimli Ceyhun Yunis oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.