Bakıda avtomobil 53 yaşlı qadını vurub.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü İsrafilova Arzu Nazmi qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.