Bakıda avtomobil 68 yaşlı piyadanı vurub

Bakıda avtomobil 68 yaşlı piyadanı vurub Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Noyabr , 2021 04:13
Bakıda avtomobil 68 yaşlı piyadanı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Belə ki, 1953-cü il təvəllüdlü Poladov Tərcuman Əlixan oğlu Müşfiqabad qəsəbəsində yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların çoxsaylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi