Bakıda avtomobil 8 yaşlı uşağı vuraraq ayağını sındırıb

Bakıda avtomobil 8 yaşlı uşağı vuraraq ayağını sındırıb Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq ayağını sındırıb.
Hadisə
23 Yanvar , 2022 02:38
Bakıda avtomobil 8 yaşlı uşağı vuraraq ayağını sındırıb

Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq ayağını sındırıb.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində yolu keçən 2014-cü il təvəllüdlü İsrafilli Tunar Anar oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi